Azərbaycan, Bakı, 24 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda iki avtomobil toqquşub, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 23-ü saat 23:30 radələrində Maştağa-Buzovna şosesində Feyruz Cəbrayılovun idarə etdiyi "VAZ-21011" markalı və Kamil Rəsulzadənin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.
Nəticədə sürücü Rəsulzadə ölüb, sərnişinləri Hacıbala Qəhrəmanov, Ədalət Cavadov, digər sürücü Cəbrayılov və sərnişinləri İsmayıl Babayev, Tərlan Ələsgərov xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bakıda iki avtomobil toqquşub: 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bakıda iki avtomobil toqquşub: 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
