...

Kürdəmirdə ağır yol qəzası olub, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Hadisə Materials 12 İyul 2011 13:13 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, Kürdəmir-Hacıqabul şosesinin 35-ci km-də "VAZ" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşub.
Kürdəmirdə ağır yol qəzası olub, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Kürdəmir rayonu ərazisində ağır yol qəzası olub, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, Kürdəmir-Hacıqabul şosesinin 35-ci km-də "VAZ" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşub.

Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü və 5 sərnişin xəsarət alıb.

Hadisə zamanı avtomobildə olan Elmira Vəli qızı Seyidova həlak olub.

Yaralılar və həlak olmuş şəxsin cəsədi xilasedicilər çatana kimi yerli sakinlər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti