...

Azərbaycanda qidadan kütləvi zəhərlənmə

Hadisə Materials 6 Avqust 2011 12:39 (UTC +04:00)
Azərbaycanın Daşkəsən rayonunda nişan məclisində kütləvi zəhərlənmə baş verib
Azərbaycanda qidadan kütləvi zəhərlənmə

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Azərbaycanın Daşkəsən rayonunda nişan məclisində kütləvi zəhərlənmə baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, avqustun 5-də Daşkəsən rayonunun Bayan kənd sakini Hüseyn Cəfərovun həyətində keçirilən nişan məclisində 54 nəfər qidadan zəhərlənib.

Onlardan 27 nəfəri (12 azyaşlı, 11 qadın və 4 kişi) Gəncə şəhər Xəstəxanasına, 17 nəfəri (6 azyaşlı, 11 qadın) Göygöl rayon Xəstəxanasına yerləşdirilmiş vəziyyətləri orta-ağır, 10 nəfər isə xəstəxanaya müraciət etməyib.

Xəbər lenti

Xəbər lenti