Azərbaycan, Lənkəran, 8 avqust /Trend, müxbir P.Əliyeva/
Lerik rayonunda yağan güclü yağış selə səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin Lerik rayon Fövqaladə Hallar Komissiyasından bazar ertəsi Trend-ə bildirilib ki, avqustun 6-dan yağan yağış hazırda da davam edir. Sel nəticəsində Lerik-Lənkəran yolunun 56-cı kilometrliyi dağılıb. Yolun üst tərəfində torpaq sürüşməsi baş verib.
Onun sözlərinə görə, hazırda yaranan problemlər aradan qaldırılır. Yolun bir hissəsi avtomobillərin hərəkəti üçün bərpa edilib. Lakin yağışın hələ də yağması nəticəsində selin daha da güclənəcəyi gözlənilir. Bu səbəbdən rayon İcra Hakimiyyəti yolun tamam dağılmasının qarşısını almaq məqsədilə kömək üçün Nəqliyyat Nazirliyinə müraciət edib.