...

Kürdəmir rayonu ərazisində ağır yol qəzası olub: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Hadisə Materials 31 Avqust 2011 10:38 (UTC +04:00)
Trend-in Respublika Baş Dövlət Yol Polisi İdarəsinin internet saytına istinadən verdiyi məlumata görə, dünən Bakı-Qazax yolunun Kürdəmir rayonu Atakişili kənd ərazisindən keçən hissəsində Şəmkir rayon sakini Toğrul Məmmədov Bakı şəhər istiqamətində idarə etdiyi "Tofaş-Şahin" markalı, 10-MT-584 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol yan hissəsi ilə özündən qabaqda eyni istiqamətdə hərəkət edən Qəbələ rayon sakini Ərzullah Həsənovun idarə etdiyi "Kamaz-5511" markalı, 10-TP-269 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxası ilə toqquşub.
Kürdəmir rayonu ərazisində ağır yol qəzası olub: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib; 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Trend-in Respublika Baş Dövlət Yol Polisi İdarəsinin internet saytına istinadən verdiyi məlumata görə, dünən Bakı-Qazax yolunun Kürdəmir rayonu Atakişili kənd ərazisindən keçən hissəsində Şəmkir rayon sakini Toğrul Məmmədov Bakı şəhər istiqamətində idarə etdiyi "Tofaş-Şahin" markalı, 10-MT-584 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol yan hissəsi ilə özündən qabaqda eyni istiqamətdə hərəkət edən Qəbələ rayon sakini Ərzullah Həsənovun idarə etdiyi "Kamaz-5511" markalı, 10-TP-269 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxası ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər, Yevlax rayon sakini 1967-ci il təvəllüdlü Hacıyeva Faiqə Xanbaba qızı və Şəmkir rayon sakini 1971-ci il təvəllüdlü Əsgərova Fərqanə Əlif qızı hadisə yerində ölüb. Sürücü Toğrul Məmmədov və digər sərnişin Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Məmmədova Sara Xanbaba qızı xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır

Xəbər lenti

Xəbər lenti