...

ARDNŞ-nin müəssisəsinə məxsus əmlakı oğurlayan şəxslər tutulublar

Hadisə Materials 3 Sentyabr 2011 11:06 (UTC +04:00)
ARDNŞ-nin müəssisəsinə məxsus əmlakı oğurlayan şəxslər saxlanılıblar.
ARDNŞ-nin müəssisəsinə məxsus əmlakı oğurlayan şəxslər tutulublar

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

ARDNŞ-nin müəssisəsinə məxsus əmlakı oğurlayan şəxslər saxlanılıblar.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 2-nə keçən gecə Pirallahı qəsəbə sakinləri - Üzeyir İbrahimovun evinə çəkimiş 110 metr, Elşad Əliyevin evinə çəkilmiş 120 metr və ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft-Qaz Çixarma İdarəsinə məxsus buruqlar arasından 900 metr mis naqil oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər - Vahid Babayev, Azad Hüseynov, əvvəllər məhkum olunmuşlar - Emin İsmayılov və Adil Rzayev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti