Fransada nüvə tullantılarının emalı zavodundakı partlayış nəticəsində bir nəfər ölüb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Fransanın cənubundakı Markulda nüvə tullantılarının emalı zavodunda baş verən partlayış və yanğın nəticəsində azı bir nəfər həlak olub, dörd nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fransa KİV yazır.
"Frans Press" agentliyinin məlumatına görə, hadisə yerində radiasiya sızması riski var. Hadisə səbəbləri araşdırılır.
Markul Fransanın atom sənayesi mərkəzlərindən biridir. AES ölkənin cənubunda Qar departamentində, Rona çayı vadisində yerləşir. RİA Novosti yazır.
AES Atom enerjisi komissarlığı və "Areva" şirkəti tərəfindən idarə olunur.