Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında kafedə baş vermiş partlayışla bağlı məlumat yayıb.
Trend-in bazar ertəsi nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda, beşmərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus, ümumi sahəsi, 300 kv.m olan kafedə yanğınla davam edən partlayış baş verib.
Nəticədə, kafenin qapı və pəncərəsi dağılıb, mətbəxin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb və 2 nəfər yaralanıb.
Yanğınsöndürənlər tərəfindən hadisə yerində olan 1 yaralı xilas edilərək aidiyyəti üzrə təhvil verilib, kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Hər iki yaralı xəstəxanaya aparılıb.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Fövqəladə Hallar Nazirliyi Bakıda kafedə baş vermiş partlayışla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında kafedə baş vermiş partlayışla bağlı məlumat yayıb.