...

Bakıda avtobusla "Mercedes" toqquşub, 2 nəfər ölüb

Hadisə Materials 18 Oktyabr 2011 11:34
Bakıda avtobusla "Mercedes" toqquşub, 2 nəfər ölüb, bir nəfər xəsarət alıb.
Bakıda avtobusla "Mercedes" toqquşub, 2 nəfər ölüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtobusla "Mercedes" toqquşub, 2 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 17-si saat 20:00 radələrində Sabunçu qəsəbəsi, Bakı fəhləsi küçəsində Məhəmməd Baxışovun idarə etdiyi "Shaolin" markalı 260 saylı xətt avtobusu ilə Vaqif Gülməmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü Gülməmmədov və sərnişini Olqa Əlizadə ölüb, avtobusun sürücüsü Baxışov isə 3 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti