Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E. Əliyev/
Bakıda çərşənbə axşamı saat 23:33 radələrində 3 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb.
Verilən məlumata əsasən, yeraltı təkanın episentri Bakı şəhərindən 62 km cənubi-şərqdə, Xəzər dənizində olub.
İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.