...

Ermənistan ordusunda silahlı insident baş verib

Hadisə Materials 19 Noyabr 2011 11:46 (UTC +04:00)
Ermənistan ordusunda silahlı insident baş verib
Ermənistan ordusunda silahlı insident baş verib

Azərbaycan, Bakı, 19 noyabr/Trend/

Bu günlərdə Ermənistan ordusunda silahlı insident baş verib. Bu barədə şənbə günü Trend "Armenia Today"ə istinadən məlumat verir.

Noyabrın 16-da yerli vaxtla saat 21:20-də N saylı hərbi hissənin müqavilə əsasında xidmət keçən hərbçisi Hamlet Mkrtçyan gülllə yarası ilə "Erebuni" tibbi mərkəzinə çatdırılıb.

Fakt əsasında Ermənistan Müdafiə Nazirliyinin 8-ci Qarnizon İstintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 239-cu maddəsi üzrə (odlu silahın və ya hərbi sursatların diqqətsiz saxlanması) ilkin istintaq tədbirləri aparılır.

Hadisənin təfərrüatlarını dəqiqləşdirmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti