...

Ziyad Səmədzadə: Bakıda baş verən yol qəzasında xırda xəsarət alsam da, səhhətimdə heç bir problem yoxdur

Hadisə Materials 26 Noyabr 2011 11:46 (UTC +04:00)
Bakıda baş verən yol qəzasında xırda xəsarət alsam da, səhhətimdə heç bir problem yoxdur
Ziyad Səmədzadə: Bakıda baş verən yol qəzasında xırda xəsarət alsam da, səhhətimdə heç bir problem yoxdur

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda baş verən yol qəzasında xırda xəsarət alsam da, səhhətimdə heç bir problem yoxdur, bunu şənbə günü Trend-ə deputat, tanınmış iqtisadçı Ziyad Səmədzadə deyib.

"Dünən axşam saatlarında qəza baş verib. Yol qəzasında bir az əzilmə olsa da, ciddi xəsarət almamışam", - Səmədzadə bildirib.

Noyabrın 25-də axşam saatlarında Binəqədi rayonu ərazisində, Cəfər Xəndan və Gəraybəyli küçələrinin kəsişməsində 10 HS 094 dövlət qeydiyyat nişanlı "Mercedes" və Səmədzadənin olduğu 10 AA 411 nömrə nişanlı "Nissan" toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüləri - 1979-cu il təvəllüdlü İsmayılov Mübariz Yaqub oğlu və 1957-ci il təvəllüdlü Musayev Mahir Məhəmməd oğlu, həmçinin 1940-cı ildə Bakı şəhərinin Buzovna kəndində anadan olmuş Səmədzadə Ziyad Əliabbas oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla əlaqədar Binəqədi RPİ-də araşdırma başlanılıb.

Xəbər lenti

Xəbər lenti