...

Bakıdakı orta məktəblərdən birində yoluxucu xəstəlik yayılıb

Hadisə Materials 13 Dekabr 2011 17:14 (UTC +04:00)
Bakıdakı orta məktəblərdən birində yoluxucu xəstəlik yayılıb.
Bakıdakı orta məktəblərdən birində yoluxucu xəstəlik yayılıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıdakı orta məktəblərdən birində yoluxucu xəstəlik yayılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı çərşənbə axşamı Trend-ə bildirib ki, Bakının Nizami rayonunun 70 saylı məktəbinin 37 sinfindəki şagirdlərdən biri suçiçəyi xəstəliyinə yoluxub. Həmin şagird bilmədən dərs prosesinə qatılıb. Nəticədə eyni sinifdə 7 şagird suçiçəyi xəstəliyinə yoluxub.

Əliqızı bildirib ki, həmin sinifdə 21 uşaq təhsil alır. Onlardan 7-si suçiçəyinə yoluxduğu üçün hazırda dərsə gəlmir.

"Direktor həmin sinifdə dərsə davamiyyətin aşağı olduğunu gördükdən sonra araşdırma aparıb və məlum olub ki, həmin 7 uşağın hamısı suçiçəyinə yoluxub. Dərhal əraziyə baxan sanitar epidemioloji stansiyaya məlumat verilib. Sanitar epidemioloji stansiyanın mütəxəssisləri hər ehtimala qarşı məktəbi dezinfeksiya ediblər", - idarə rəsmisi qeyd edib.

O bildirib ki, bununla əlaqədar məktəbdə tədris prosesi dayanmayıb. Hazırda digər uşaqlar dərslərdə iştirak edirlər.

Əliqızının sözlərinə görə, məktəbdə suçiçəyi çıxarmayan digər şagirdlərin də suçiçəyi çıxara biləcəyi ehtimal edilir.

İdarə rəsmisi bu problemin yalnız 70 saylı məktəbdə müşahidə edildiyini, digər məktəblərdə problemin olmadığını söyləyib.

Xəbər lenti

Xəbər lenti