...

Azərbaycanda bir gündə bir neçə intihar hadisəsi qeydə alınıb

Hadisə Materials 14 Dekabr 2011 10:33 (UTC +04:00)
Azərbaycanda bir gündə bir neçə intihar hadisəsi qeydə alınıb.
Azərbaycanda bir gündə bir neçə intihar hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bir gündə bir neçə intihar hadisəsi qeydə alınıb.

Ağstafa rayon prokurorluğundan çərşənbə günü Trend-ə bildirilib ki, rayon sakini, 1977-ci təvəllüdlü Ərəbov Ramin Aslan oğlu dekabrın 13-də yaşadığı evdə özünü asaraq intihar edib.

Dünən Nizami rayon Keşlə qəsəbəsində də intihar baş verib. Rayon prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, 1988-ci il təvəllüdlü Quliyev Xudaverdi yaşadığı mənzildə özünü asıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti