...

Bakının Nərimanov rayonunda cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulublar

Hadisə Materials 28 Dekabr 2011 18:52 (UTC +04:00)
Bakının Nərimanov rayonu ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulublar.
Bakının Nərimanov rayonunda cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulublar

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Bakının Nərimanov rayonu ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulublar.

Bakı şəhər prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, 27 dekabr 2011-ci il tarixdə saat 14:00 radələrində Nərimanov rayonu H.Əliyev küçəsi, 53 ünvanında yerləşən yaşayış binasının yaxınlığında Bədəlov Namiq Nizami oğlu qohumu Qasımov Hilal Nadir oğlu, tanışları Yəhyayev İbrahim Zakir oğlu, Aslanov Orxan Hikmət oğlu, Hacıbabayev Elman Arif oğlu və şəxsiyyəti istintaqa məlum olmayan "Rahib" adlı şəxslə birlikdə Məmmədov Faiq Tofiq oğlu, sonuncunun qardaşı Məmmədov Natiq Tofiq oğlu, İsmayılov Azər Mufit oğlu və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə internet şəbəkəsi vasitəsilə yazışma zamanı aralarında yaranmış narazılıqla bağlı qabaqcadan razılaşmaqla qeyd olunan ünvanda görüşüblər. Bu zaman aralarında yaranmış mübahisə nəticəsində 1989-cu il təvəllüdlü Azər İsmayılov xuliqanlıq niyyəti ilə özündə olan bıçaqla 1989-cu il təvəllüdlü İbrahim Yəhyayevin bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı kəsici-deşici xəsarətlər yetirməklə qəsdən həyatdan məhrum edib. Bundan başqa o, 1986-cı il təvəllüdlü Elman Hacıbabayevə də xəsarət yetirib.

Fakta görə həmin tarixdə Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə), 221.2.1 və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanaraq rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Azər İsmayılov, Orxan Aslanov və Natiq Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərin müəyyən edilməsi və onların qeyd olunan cinayətdə iştiraklarının olub-olmaması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti