...

Bakıda qeyri-rəsmi nigahda yaşayan kişi ilə qadının meyitləri tapılıb

Hadisə Materials 30 Dekabr 2011 09:38 (UTC +04:00)
Bakıda qeyri-rəsmi nigahda yaşayan kişi ilə qadının meyitləri tapılıb/
Bakıda qeyri-rəsmi nigahda yaşayan kişi ilə qadının meyitləri tapılıb

Azərbaycan, Bakı, 30 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qeyri-rəsmi nigahda yaşayan kişi ilə qadının meyitləri tapılıb.

Binəqədi rayon prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, dünən Rəsulzadə qəsəbəsi, Ə. Məmmədov küçəsi, ev 3, mənzil 1-də kirayədə yaşayan 46 yaşlı Muradova Nərmin Şəmi qızı və 25 yaşlı Əliyev Amid Cəfər oğlunun üzərlərində zorakılıq əlaməti olmayan meyitləri tapılıb.

Onların ölüm səbəbi dəqiq müəyyənləşməsə də, qohumlarının verdiyi məlumata görə, mənzilə daxil olarkən mənzildə qaz qoxusu hiss olunub.

İlkin ehtimala görə, onlar dəm qazından zəhərləniblər.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti