...

Bakıda yaşayış binasında baş vermiş yanğında ölən və xəsarət alan olmayıb

Hadisə Materials 17 Yanvar 2012 09:25 (UTC +04:00)
Bu gecə saat 23:00 radələrində Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğında ölən və xəsarət alan olmayıb.
Bakıda yaşayış binasında baş vermiş yanğında ölən və xəsarət alan olmayıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bu gecə saat 23:00 radələrində Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğında ölən və xəsarət alan olmayıb. Bu barədə Trend-ə Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən məlumat verilib.

Yanğın dünən gecə saat 23:30 radələrində Rəşid Behbudov küçəsi 20 ünvanında yerləşən beşmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Yanğın sonradan yayılaraq binanın damına keçib. Yanğın binanın digər mərtəbələrinə keçməsinin qarşısı alınıb.

Hadisə yerinə 7 yanğınsöndürmə briqadası, həmçinin təcili yardım maşını gəlib.

Yanan binanın sakinləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə olunub.

Nazirlikdən bildirilib ki, hadisə ilə bağlı bu gün rəsmi məlumat yayılacaq.

Xəbər lenti

Xəbər lenti