...

Azərbaycanda məktəbli qızlar itkin düşüb

Hadisə Materials 15 Fevral 2012 13:09 (UTC +04:00)
Kürdəmir rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, rayonun Carlı kənd sakinləri - əkiz bacılar 16 yaşlı Röyalə və Minayə Novruzovalar, 16 yaşlı Tünzalə Şirəliyeva dünən itkin düşüblər.
Azərbaycanda məktəbli qızlar itkin düşüb

Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda 3 məktəbli qız itkin düşüb.

Kürdəmir rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, rayonun Carlı kənd sakinləri - əkiz bacılar 16 yaşlı Röyalə və Minayə Novruzovalar, 16 yaşlı Tünzalə Şirəliyeva dünən itkin düşüblər.

Onlar yaşadıqları kənddən Kürdəmir rayonuna müəllim yanına hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.

İtkin düşən məktəblilərin valideynlərinin polisə müraciətindən sonra araşdırmaya başlanılıb.

Onların müəllim yanına getmədikləri məlum olub.

Hazırda məktəbli qızların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti