...

Bakıda Qazaxıstan şirkətinə məxsus gəmidə partlayış baş verib, ölənlər var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Fevral 2012 15:14 (UTC +04:00)
Zığ limanında gəmiqayırma zavodunda partlayış baş verib, dörd nəfər ölüb.
Bakıda Qazaxıstan şirkətinə məxsus gəmidə partlayış baş verib, ölənlər var (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir E.Mehdiyev/

Zığ limanında gəmiqayırma zavodunda partlayış baş verib, dörd nəfər ölüb. Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, partlayış təmirə dayanan gəmilərdən birində baş verib.

İlkin ehtimala görə, partlayış qaynaq işləri aparılarkən baş verib. Belə ki, partlayış qaynaq işlərinin aparılması üçün istifadə olunan qaz balonlarından sızma nəticəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər.

Azərbaycan Dövlət Dəniz Administrasiyası Trend-ə faktı təsdiqləyib.

Administrasiyadan bildiriblər ki, ilkin ehtimala görə, partlayış baş verən gəmi Qazaxıstanın "Sara" şirkətinə məxsus olub.

Xəbər lenti

Xəbər lenti