Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakı polisi 1 kiloqramdan artıq heroin satan keçmiş məhkumu saxlayıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Ruslan Süleymanovun Bərdə rayonundakı evinə baxış zamanı oradan 1 kiloqram 57 qram heroin aşkar edilərək götürülüb.
Süleymanovun narkotik vasitəni Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Elmir Qənbərovdan alması müəyyən edilib və o, tutulub.
Bakı polisi 1 kiloqramdan artıq heroin satan keçmiş məhkumu saxlayıb
Bakı polisi 1 kiloqramdan artıq heroin satan keçmiş məhkumu saxlayıb.