...

Bakıda sərnişin avtobuslarda oğurluq edənlər tutulub

Hadisə Materials 8 Mart 2012 20:20 (UTC +04:00)
Bakıda sərnişin avtobuslarda oğurluq edən şəxslər tutulub.
Bakıda sərnişin avtobuslarda oğurluq edənlər tutulub

Azərbaycan, Bakı, 8 mart /Trend/

Bakıda sərnişin avtobuslarda oğurluq edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən cümə axşamı Trend-ə bildirilib ki, noyabrın 13-də 311 saylı xətt avtobusunda Bakı şəhər sakini Səbinə Hacıyevanın əl çantasından 300 ABŞ dolları, 290 manat və bankomat kartı oğurlanmışdır. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Sevda Cabbarova martın 7-də tutulumuş və onun üzərindən 0,464 qram narkotik vasitə olan heroin aşkar edilmişdir.

Həmçinin Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Zenfira Şabanova martın 7-də yaxalanmışdır. Məlum olmuşdur ki, o, yanvarın 16-da 214 saylı xətt avtobusunda Sonaxanım Zeynalovanın əl çantasından 348 manat, martın 5-də isə 184 saylı xətt avtobusunda İlhamə Quliyevanın çantasından isə 120 manat oğurlamışdır.

Xəbər lenti

Xəbər lenti