...

Obama Pentaqondan Qəndəharda dinc əfqanların güllələnməsini diqqətlə araşdırmağı tələb edib

Hadisə Materials 13 Mart 2012 20:48 (UTC +04:00)
Barak Obama Pentaqon rəhbərliyinə Qəndəharda amerikalı hərbçinin bir neçə dinc əfqanı güllələməsi insidentini diqqətlə araşdırmağı əmr edib.
Obama Pentaqondan Qəndəharda dinc əfqanların güllələnməsini diqqətlə araşdırmağı tələb edib

Azərbaycan, Bakı, 13 mart /Trend/

ABŞ Prezidenti Barak Obama Pentaqon rəhbərliyinə Qəndəharda amerikalı hərbçinin bir neçə dinc əfqanı güllələməsi insidentini diqqətlə araşdırmağı əmr edib. Bu barədə çərşənbə axşamı Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Mən Müdafiə Nazirliyinə baş verən hadisəni araşdırmağı və burada bütün günahkarları müəyyənləşdirməyi əmr etmişəm. Bu insidentdə iştirak edənlərin hamısı məsuliyyət daşımalıdır", - Obama Ağ evdə çıxışında deyib.

Onun sözlərinə görə, ABŞ-da bu insidenti çox ciddi qəbul ediblər.

"ABŞ-da baş verən hadisəni bütün ciddiliyə ilə qəbul ediblər. Bizim üçün bu, insidentdə ABŞ vətəndaşları və uşaqlarının ölməsi ehtimalı qədər çətindir", - ABŞ Prezidenti vurğulayıb və qeyd edib ki, ölkənin hərbi rəhbərliyindən baş verən hadisə ilə bağlı izahat tələb edəcək.

Obama, həmçinin yenidən qeyd edib ki, ABŞ Əfqanıstandan kontingentini təyin edilmiş müddətdə - 2014-cü ilin sonunadək çıxartmağı planlaşdırılır.

Qeyd edək ki, ISAF kontingentinin tərkibində xidmət edən çavuş (adı açıqlanmır) bazar günü Qəndəhar əyalətində 16 dinc sakini, o cümlədən 9 uşağı güllələyib.

Xəbər lenti

Xəbər lenti