...

Daşkənddə yanacaqdoldurma məntəqəsində partlayış baş verib

Hadisə Materials 1 Aprel 2012 15:09 (UTC +04:00)
Daşkənddə beynəlxalq aeroportun yaxınlığında bazar günü səhər 11.30 radələrində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Daşkənddə yanacaqdoldurma məntəqəsində partlayış baş verib

Özbəkistan, Daşkənd, 1 aprel / Trend müxbir D.Əzizov/

Daşkənddə beynəlxalq aeroportun yaxınlığında bazar günü səhər 11.30 radələrində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışın səsi beş kilometrdən uzağa yayılıb.

Hadisənin çoxsaylı şahidlərinin sözlərinə görə, hadisə baş verəndən bir neçə dəqiqə sonra həmin yerdə ikinci güclü partlayış eşidilib.

Hadisə yerində yanğınsöndürənlər, təcili tibbi yardım, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yol nəqliyyat müfəttişləri və digər hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Hələlik xəsarət alanlar barədə rəsmi məlumatlar olmasada, hadisənin şahidləri bildirirlər ki, yaxınlıqda olan binalara xəsarət toxunmayıb.

Xəbər lenti

Xəbər lenti