...

Bakıda ağır yol qəzası olub, xəsarət alan var

Hadisə Materials 5 Aprel 2012 09:25 (UTC +04:00)
Bakı şəhəri Binəqədi rayonunda "Hyundai" və "Mercedes" markalı 2 minik avtomobili toqquşub.
Bakıda ağır yol qəzası olub, xəsarət alan var

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda ağır yol qəzası olub, xəsarət alan var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Binəqədi rayonunda "Hyundai" və "Mercedes" markalı 2 minik avtomobili toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Mercedes" markalı minik avtomobilinin sürücüsü yaralanıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xilasetmə əməliyyatı aparılan zaman "VAZ-2106" markalı daha bir minik avtomobili qeyd edilən "Mercedes" markalı minik avtomobili ilə toqquşub, xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti