...

Qusarda dağlıq ərazidə yanğın baş verib, FHN-nin qüvvələri yanğının söndürülməsinə cəlb olunub

Hadisə Materials 8 Aprel 2012 13:26 (UTC +04:00)
Azərbaycanda meşə zolağı yanma təhlükəsindədir.
Qusarda dağlıq ərazidə yanğın baş verib, FHN-nin qüvvələri yanğının söndürülməsinə cəlb olunub

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Azərbaycanda meşə zolağı yanma təhlükəsindədir.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, aprelin 8-də Qusar rayonu, Zuxul və Yuxarı Tahircal kəndləri istiqamətində dağlıq ərazidə kol-kos yanması müşahidə olunur.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri və aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi və meşə zolağına keçməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti