...

İran paytaxtında qeyri-sabit hava şəraiti əhalinin gediş-gəlişində problem yaradıb

Hadisə Materials 17 Aprel 2012 18:05 (UTC +04:00)
İran paytaxtında güclü külək və yağış əhalinin gediş-gəlişində problemlər yaradıb.
İran paytaxtında qeyri-sabit hava şəraiti əhalinin gediş-gəlişində problem yaradıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir T.Cəfərov/

İran paytaxtında güclü külək və yağış əhalinin gediş-gəlişində problemlər yaradıb. Belə ki, Tehranda küləyin sürəti saatda 90 kilometrə çatıb. Bu barədə çərşənbə axşamı Trend FARS xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, snoptiklər küləyin sürətinin daha da artacağını bildirirlər. Külək şəhərdə ağacların qırılmasına səbəb olub. Küləklə yanaşı, dolu və yağışın intensivləşəcəyi gözlənilir.

Bazar günü də güclü dolu paytaxt Tehranda əhali üçün problemlər yaratmışdı. Hava şəraiti uzunmüddətli tıxaclara səbəb olmuş və çayların daşması nəticəsində Tehran metrosunun 4-cü xəttində üç stansiyanı su basmışdı. Tehran Metro Təşkilatı yağış nəticəsində metroya böyük ziyan dəydiyini bildirib.

Məlumata əsasən, Tehran axrıncı dəfə 50 il əvvəl bazar günü yağan yağış və doluya şahid olub.

Xəbər lenti

Xəbər lenti