Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Penitensiar Xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə bildirilib ki, aprelin 18-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əsgərov Nazim Xəlil oğluna bibisi oğlu İslamzadə Üzeyir Telman oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman baş soğanın içərisindən ümumi çəkisi 0,375 qram olan narkotik maddə - heroin və 4,121 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qobustan həbsxanasında "ağ ölüm"ün yayılmasının qarşısı alınıb (FOTO)
Penitensiar Xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
