Azərbaycan, Bakı, 1 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda iki nəfər suda boğulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 30-da Gəncə çayının Göygöl rayonunun ərazisindən keçən hissəsində, Daşkəsən rayon sakini Toğrul Eyyubov çimərkən suda boğulub.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə çayının Göygöl şəhəri ərazisindən keçən hissəsində 1993-cü il təvəllüdlü Eyyubov Toğrul Eyvaz oğlu batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Eyyubovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Həmin gün Mingəçevir şəhər sakini Şəmsi Həmidov çimərkən suda boğulub.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında verilən məlumata görə, Mingəçevir su anbarında 1995-ci il təvəllüdlü Şəmsi Əkbər oğlu Həmidovun batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və axtarışlara başlanıb. Ən yaxın xilasetmə məntəqəsindən təxminən 800-900 metr aralıda, su anbarının nəzarət olunmayan hissəsində batmış Həmidovun cəsədi xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.