...

Azərbaycanda həbsxanaya konservləşdirilmiş pomidorun içində heroin keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 7 May 2012 11:04 (UTC +04:00)
Azərbaycanda həbsxanaya konservləşdirilmiş pomidorun içində heroin keçirilməsinin qarşısı alınıb.
Azərbaycanda həbsxanaya konservləşdirilmiş pomidorun içində heroin keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsxanaya konservləşdirilmiş pomidorun içində heroin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, mayın 6-da Qobustan həbsxanasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanada cəza çəkən 1982-ci il təvəllüdlü, Hüseynov Şirzad Hüseynağa oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu Əhmədova Fəridə Firudin qızının gətirdiyi sovqata baxış keçirilən zaman 1,5 kq həcmində olan turşu balonunda üç ədəd pomidorun içərisinə yerləşdirilmiş ümumi xalis çəkisi 4,076 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Hüseynov Cinayət Məcəlləsinin 177.2.2; 185.2.2; 185.2.3; 234.1; 66.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azaqdlıqdan məhrum edilib və həbsxanada cəza çəkir.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti