Azərbaycan, Bakı, 15 may /Trend, müxbir A.Tağıyeva/
Bu gün Türkiyənin Giresun şəhərindəki su elektrik stansiyasının ətrafında torpaq sürüşməsi baş verib. Bu barədə Trend çərşənbə axşamı "Zaman" qəzetinə istinadən məlumat verir.
İlkin məlumatlara görə, sürüşmə nəticəsində dörd nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Məlumatda o da qeyd olunur ki, dağıntılar altında hələ də bir neçə nəfər qalır.
Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub.