Azərbaycan, Bakı, 16 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda 32 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb.
Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 15-də Yeni Yasamal 2, ev 4, mənzil 26-da yaşayan Yuliya Xadıkina yaşadığı binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib.
İntiharın səbəbləri araşdırılır.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.