...

Qazaxıstanda Bakıdan gələn təyyarəni yerə endirən pilot bir saatdan sonra vəfat edib

Hadisə Materials 31 May 2012 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Sərnişin təyyarəsinin ekipaj komandiri Bakıdan gəldikdən bir saat sonra Aktau aeroportunun mehmanxanasında dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İnterfaks-Qazaxıstan" agentliyinə aeroportdakı mənbə məlumat verib.

Agentliyin müsahibinin sözlərinə görə, çərşənbə gününə keçən gecə Qazaxıstanın "Skat" aviaşirkətinin həyata keçirdiyi Bakı-Aktau reysi ilə uçan təyyarə aeroportda yerə enib.

"1974-cü il təvəllüdlü ekipaj komandiri təyyarəni yerə endirib. Sərhəd nəzarətindən keçərkən, o sərhədçilərə özünü pis hiss etdiyini və mehmanxanaya getdiyini bildirib. Sərhədçilər onun üçün təcili yardım çağırıblar, lakin pilot təcili yardım gələnə kimi ürək tutmasından aeroportun mehmanxanasında vəfat edib", - müsahib bildirib.

Xəbər lenti

Xəbər lenti