...

Bakıya istiqamət alan "Air Astana" aviaşirkətinin təyyarəsi məcburi eniş edib, xəsarət alan yoxdur (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 22 İyun 2012 13:04 (UTC +04:00)
Almatı-Bakı marşrutu üzrə hərəkət edən və cümə günü Şımkent aeroportunda məcburi eniş edən "Air Astana" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri Azərbaycan paytaxtına Bakı vaxtı ilə saat 19:00-da gələcəklər.

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:18-də yayılıb)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.İsmayılov/

Almatı-Bakı marşrutu üzrə hərəkət edən və cümə günü Şımkent aeroportunda məcburi eniş edən "Air Astana" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri Azərbaycan paytaxtına Bakı vaxtı ilə saat 19:00-da gələcəklər. Bu barədə Trend-ə cümə günü aviaşirkətin Bakı nümayəndəliyindən bildiriblər.

Aviaşirkətin Almatıdakı ofisindən Trend-ə verilən məlumata görə, məcburi enişə səbəb təyyarənin quyruq hissəsindəki yük bölməsində tüstülənmə olub və təhlükəsizlik standartlarına uyğun olaraq təyyarə eniş etməli idi. Xəsarət alanlar yoxdur.

Təyyarənin eniş etməsindən və sərnişinlərin təxliyyə edilməsindən sonra yük bölməsində tüstülənməyə səbəb olan içində tibbi preparatların olduğu çanta aşkar edilib. Çanta çıxardılaraq söndürülüb.

Təyyarənin göyərtəsindəki bütün 104 sərnişin texniki prosedurlardan sonra həmin təyyarə ilə Bakıya yola salınacaqlar.

Təyyarə Bakıdan Almatıya isə saat 20:00-da uçacaq və təyinat yerinə 23:55-də çatacaq.

"Təyyarə Bakıya yerli vaxtla saat 12:55-də gəlməli idi. O, Şımkentdə Bakı vaxtı ilə saat 10:21-də eniş edib" , - bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

KS-111 reysi "Airbus 320-200" təyyarəsi tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti