...

Masallıda 2 yaşlı uşağa qarşı ağır cinayət törətmiş şəxs tutularaq istintaqa cəlb edilib

Hadisə Materials 18 İyul 2012 19:16 (UTC +04:00)
Fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Masallıda 2 yaşlı uşağa qarşı ağır cinayət törətmiş şəxs tutularaq istintaqa cəlb edilib

Azərbaycan, Bakı, 18 iyul /Trend/

İyulun 16-da "Viləşçay" su kanalının Masallı rayonunun Lürən kəndinin kənarından keçən hissəsində kənd sakini 2010-cu il təvəllüdlü Ağayeva Nuray Elmar qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Trend-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayonun Lürən kənd sakini 1995-ci il təvəllüdlü İsrafilov Ramil Gülməmməd oğlu tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, İsrafilov qonşusu Nuray Ağayevanı kəndin kənarına apararaq onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək boğub və yaxınlıqdan keçən su kanalına atıb.

Dindirmə zamanı İsrafilov törətdiyi əməlləri tam etiraf edib.

İsrafilov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti