...

Bakıda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 18 İyul 2012 19:22 (UTC +04:00)
Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Trend Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir.

Bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5 maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azaqdlıqdan məhrum edilmiş məhkum Cahangir Mahmud oğlu Bayramova vətəndaş Abbasov Ramil Şahismayıl oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman əridilmiş yemək qazanının alt hissəsinin üzərinə bərkidilmiş dəmir üzlüyün altından 5 (beş) ədəd "Nokia" markalı mobil telefon aparatları, 4 (dörd) ədəd elektrik qidalandırıcısının ucluqları, 3 (üç) ədəd mobil telefon aksesuarının iç sxemi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti