...

Astarada dava zamanı iki nəfər bıçaqlanıb, onlardan biri ölüb

Hadisə Materials 19 İyul 2012 09:39 (UTC +04:00)
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 18-dən 19-a keçən gecə, saat 00.10-da Lənkəran rayon sakinləri, 1990-cı il təvəllüdlü Şahmar Vəliyev və Rabil Musayev bıçaq xəsarətləri ilə Astara rayon mərkəzi xəstəxanasına gətirilib.
Astarada dava zamanı iki nəfər bıçaqlanıb, onlardan biri ölüb

Azərbaycan, Bakı, 19 iyul / Trend müxbir K.Zərbalıyeva/

Astarada dava zamanı iki nəfər bıçaqlanıb, onlardan biri ölüb.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 18-dən 19-a keçən gecə, saat 00.10-da Lənkəran rayon sakinləri, 1990-cı il təvəllüdlü Şahmar Vəliyev və Rabil Musayev bıçaq xəsarətləri ilə Astara rayon mərkəzi xəstəxanasına gətirilib.

Onların dava zamanı bıçaqlandığı bildirilir. Vəliyev aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Musayev isə əməliyyat olunub.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti