...

İstanbuldan Bakıya qanunsuz qızıl gətirilməsinin qarşısı alınıb

Hadisə Materials 26 İyul 2012 13:47 (UTC +04:00)
Trend-in Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Niyar Mehdiyeva gömrük nəzarətindən “yaşıl kanal”la keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış və onun yüklərinə “Rapiscan-628” markalı X-Ray aparatı ilə baxış keçirilmişdir
İstanbuldan Bakıya qanunsuz qızıl gətirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/

İstanbuldan Bakıya qanunsuz qızılın gətirilməsinin qarşısı alınıb.

Trend-in Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Niyar Mehdiyeva gömrük nəzarətindən "yaşıl kanal"la keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış və onun yüklərinə "Rapiscan-628" markalı X-Ray aparatı ilə baxış keçirilmişdir. Həmin yüklər sırasında qadın çantasına baxış zamanı aparatın monitorunda zərgərlik məmulatlarına bənzər əşyaların təsvirləri əks olunmuş və çantaya təkrar gömrük baxışı keçirilib.

Nəticədə, çantadan vətəndaş tərəfindən nə yazılı, nə şifahi, nə də elektron formada bəyan olunan qızıl zinət əşyaları aşkar edilib. İş üzrə izahatında isə vətəndaş N.Mehdiyeva qızıl zinət əşyalarını İstanbulda əldə etdiyini, satış məqsədilə Bakıya gətirdiyini və müvafiq qanunlara yaxşı bələd olmadığı üçün bəyan etmədiyini bildirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, 585 əyarlı həmin zərgərlik məmulatlarının çəkisi 1014 qram təşkil etmişdir.

Xəbər lenti

Xəbər lenti