Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İ.İsabalayeva/
Dünən Bakıda 4 nəfəri gün vurub, 3 nəfər isə qidadan zəhərlənib. Bunu çərşənbə axşamı Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.
Onun sözlərinə görə, gün vuran şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.
Qidadan zəhərlənmiş 3 nəfərdən 2-i xəstəxanaya yerləşdirilib. Həmin şəxslərin biri qarışıq qidadan, digəri isə qarpızdan zəhərlənib.