Azərbaycan, Bakı, 20 avqust /Trend/
Narkotik vasitə ilə tutulmuş şəxsin oğurluq etdiyi müəyyənləşdi.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Ehtiram Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 13-də Sürəyya Ağakişiyevaya məxsus mobil telefon və pleyer, Şahnaz Luğumovaya məxsus mobil telefon, bankomat kartları, qızıl əşyası və 125 manat pul, Mətanət Şahbazovaya məxsus mobil telefon, bankomat kartı və 150 manat pul oğurlaması da müəyyən edilib.