...

Azərbaycan Ordusunun əsgəri ölüb

Hadisə Materials 22 Avqust 2012 10:18 (UTC +04:00)
Bir neçə gün öncə qayadan yıxılaraq ağır xəsarət alan Azərbaycan Ordusunun əsgəri hospitalda dünyasını dəyişib.
Azərbaycan Ordusunun əsgəri ölüb

Azərbaycan, Bakı, 22 avqust /Trend müxbir K.Zərbalıyeva/

Bir neçə gün öncə qayadan yıxılaraq ağır xəsarət alan Azərbaycan Ordusunun əsgəri hospitalda dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 17-də Müdafiə Nazirliyinin Naxçıvandakı hərbi hissəsində qayadan yıxılan əsgər Samir Malik oğlu Adıgözəlov Hərbi Hospitalda dünyasını dəyişib.

Adıgözəlov Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.

Xəbər lenti

Xəbər lenti