Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda elektrik yarımstansiyasında işləyən ata və oğlunu elektrik cərəyanı vurub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 27-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki elektrik yarımstansiyasında, Bakı şəhər sakinləri Ülfət Dadaşov və onun oğlu Nurlan Dadaşov qaynaq işləri apararkən elektrik cərəyını vurması nəticəsində ölüblər.
Faktla bağlı cinayət işi başlanıb.