...

Bakı-Quba yolunda ağır qəza olub, ölən var

Hadisə Materials 5 Oktyabr 2012 11:21 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda Bakı-Quba avtomobil yolunun 7-ci kilometrliyində “VAZ” markalı minik avtomobili yol kənarındakı dəmir qoruyucu çəpərə çırpılıb.
Bakı-Quba yolunda ağır qəza olub, ölən var

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Quba yolunda ağır qəza olub, ölən var.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda Bakı-Quba avtomobil yolunun 7-ci kilometrliyində "VAZ" markalı minik avtomobili yol kənarındakı dəmir qoruyucu çəpərə çırpılıb.

Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü - 1975-ci il təvəllüdlü Əli Rafiq Əhməd oğlu ölüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Xəbər lenti

Xəbər lenti