Təfərrüatlar əlavə edilib
Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Bakıda axşam saatlarında Bakının Yasamal rayonu ərazisində, sərnişin avtobusu yanıb.
Şahidlərin Trend-ə verdiyi məlumata görə, buna səbəb sərnişin avtobusunun idarəetməni itirərək kimyəvi maddə daşıyan yük avtomobili ilə toqquşması, və bundan sonra baş vermiş partlayış və yanğın olub.
Qəza Xarici Dairəvi yolda, Biləcəri istiqamətində baş verib.
Qəza nəticəsində avtobusun sürücüsü yanaraq, bir sərnişin isə aldığı həsarətdən olüb.
Yasamal RPİ-də Trend-ə faktı təsdiqləyiblər. Ölən və yaralananların sayı barədə rəsmi məlumat yoxdur.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası və təcili yardım maşınları cəlb edilib.