...

Bakıda VAZ markalı avtomobillərin qənimi tutuldu

Hadisə Materials 27 Oktyabr 2012 12:56 (UTC +04:00)
Avtomaşın qaçırmaqda şübhəli bilinən Sabunçu qəsəbə sakini Ağarza Bağırov tutulub
Bakıda VAZ markalı avtomobillərin qənimi tutuldu

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Avtomaşın qaçırmaqda şübhəli bilinən Sabunçu qəsəbə sakini Ağarza Bağırov tutulub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, DİN Baş Cinayət-Axtarış İdarəsi, Sabunçu RPİ və 15-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Əli Şərifova məxsus "VAZ-2107" markalı və oktyabrın 21-də Rahib Niyyətova məxsus "VAZ-2106" markalı avtomaşınları qaçırmış, oktyabrın 25-də Həbib Allahverdiyevə məxsus "VAZ-2106" markalı avtomaşından 330 manat, habelə maqnitofonu və səsgücləndiriciləri sökərək oğurlamış Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağarza Bağırov tutulub.

"VAZ-2107" markalı avtomaşın Sabunçu qəsəbəsinin ərazisində tapılıb, "VAZ-2106" markalı avtomaşın isə A.Bağırovun həyətində aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti