...

"Sendi" qasırğası nəticəsində körfəzə 1 milyon litrdən çox dizel yanacağı axıb

Hadisə Materials 1 Noyabr 2012 14:12 (UTC +04:00)
"Sendi" qasırğası nəticəsində ABŞ-ın Nyu-Cersi ştatındakı "Motiva" neft emalı şirkətinin zavodundan körfəzə 1,1 milyon litrdən çox yanacaq axıb.
"Sendi" qasırğası nəticəsində körfəzə 1 milyon litrdən çox dizel yanacağı axıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

"Sendi" qasırğası nəticəsində ABŞ-ın Nyu-Cersi ştatındakı "Motiva" neft emalı şirkətinin zavodundan körfəzə 1,1 milyon litrdən çox yanacaq axıb. Bu barədə Trend cümə axşamı RİA Novosti-yə istinadən məlumat verir.

Məlumata görə, hadisə yanacaq çənlərinin birindəkı çat səbəbindən baş verib. Qəza nəticəsində neft məhsullarının bir hissəsi zavodun yaxınlığında yerləşən Vudbric körfəzinə axıb.

Hazırda yanacaq sızmasının fəsadları aradan qaldırılır və bu işə 100-ə yaxın işçi, eləcə də səyyar vakuum nasos qurğusu cəlb edilib.

Qeyd edək ki, ABŞ-ın şərq sahillərini vurmuş "Sendi" qasırğası qurbanlarının sayı 74 nəfərə çatıb, 21 nəfər isə itkin düşüb. Qasırğa nəticəsində 7 milyon insan işıqsız qalıb.

Daha çox Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Qərbi Virciniya və Şimali Karolina ştatlarında tələfatlar qeydə alınıb. 30 gün ərzində fövqəladə vəziyyət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti