...

İran polisi Zahidan şəhərində atışma törətmiş şəxsləri saxlayıb

Hadisə Materials 9 Noyabr 2012 11:06 (UTC +04:00)
İranın Sistan və Bəluçistan əyalətinin polisi bir neçə gün əvvəl Zahidan şəhərində yoldan keçənlərə atəş açan şəxsləri saxlayıb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
İran polisi Zahidan şəhərində atışma törətmiş şəxsləri saxlayıb

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

İranın Sistan və Bəluçistan əyalətinin polisi bir neçə gün əvvəl Zahidan şəhərində yoldan keçənlərə atəş açan şəxsləri saxlayıb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Əyalətin polis rəisinin müavini Əli İzadinin verdiyi məlumata görə, bu insidentin araşdırılması hələ davam edir. Lakin artıq məlumdur ki, insidentə hücum edənlərlə onların qurbanları arasında şəxsi münasibətlər səbəb olub.

Qeyd edək ki, hadisə noyabrın 4-də Şəhir Məzari küçəsində baş verib. Naməlum şəxslər Kalaşnikov avtomatlarından atəş açaraq bir neçə nəfəri yaralayıblar. Hücumçular hadisə yerindən qaçmağa nail olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti