...

Ağdamda avtomobil təmiri sexində partlayış olub, xəsarət alan var

Hadisə Materials 14 Dekabr 2012 14:11 (UTC +04:00)
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus avtomobil təmiri sexinin ərazisində 6 kv.m sahədə məişət tullantıları və yağ çəlləyi yanmışdır.
Ağdamda avtomobil təmiri sexində partlayış olub, xəsarət alan var

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Ağdamda avtomobil təmiri sexində partlayış olub, xəsarət alan var.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus avtomobil təmiri sexinin ərazisində 6 kv.m sahədə məişət tullantıları və yağ çəlləyi yanmışdır.

Yağ çəlləyi yanarkən partlama hadisəsi baş vermişdir. Hadisə zamanı yoldan keçən 1 nəfər yanıq xəsarətləri almış və xəstəxanaya aparılmışdır. Yaxınlıqdakı sex yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti