...

Hindistanda məhkəmə üçyaşlı qızı zorlayanları ölümə məhkum edib

Hadisə Materials 16 Yanvar 2013 12:54 (UTC +04:00)
Çərşənbə günü Nyu-Dehlidə məhkəmə üç yaşlı qızın zorlanması və öldürülməsi ilə bağlı iş üzrə ölüm hökmü çıxarıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti “Tayms of İndia” qəzetinin saytına istinadən xəbər yayıb.
Hindistanda məhkəmə üçyaşlı qızı zorlayanları ölümə məhkum edib

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Çərşənbə günü Nyu-Dehlidə məhkəmə üç yaşlı qızın zorlanması və öldürülməsi ilə bağlı iş üzrə ölüm hökmü çıxarıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Tayms of İndia" qəzetinin saytına istinadən xəbər yayıb.

İstintaqın məlumatına görə, Dehli ətrafındakı evlərdən birində qarovulçu işləyən 56 yaşlı Brahat Sinqh 2011-ci ilin aprelində yolu azmış üç yaşlı qızı zorlayıb. Nəticədə uşaq aldığı zədələrdən dünyasını dəyişib. Bu ilin yanvarında Sinqhin işi sürətləndirilmiş icra məhkəməsinə verilib və məhkəmə artıq on gündən sonra onun barəsində ölüm hökmü çıxarıb.

Məhkəmə qərar alıb ki, "belə adamlar (Sinqh kimi) cəmiyyət üçün təhlükə törədir və mərhəmətə layiq deyillər". Edamın tarixi barədə hələlik məlumat verilmir.

Nyu-Dehlidə belə məhkəmə yanvarın 5-də ötən ilin dekabrında zorlanmış 23 yaşlı Coti Sinqhin ölümündən sonra yaradılıb. Hazırda Hindistanın bir çox şəhərlərində polislə toqquşmalarla müşayiət olunan kütləvi etiraz aksiyaları keçirilir. İnsanlar təkcə zorakılıqları törədənlərin cəzalandırılmasını deyil, qadınlara qarşı zorakılıqla mübarizə tədbirlərinin görülməsini tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti