...

Parisdə öldürülmüş PKK yaraqlılarının cəsədləri İstanbula gətirilib

Hadisə Materials 17 Yanvar 2013 11:02 (UTC +04:00)
Ötən həftə Fransa paytaxtında qətlə yetirilmiş terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları Səkinə Cansız, Fidan Doğan və Leyla Söyləməzin cəsədi İstanbula gətirilib.
Parisdə öldürülmüş PKK yaraqlılarının cəsədləri İstanbula gətirilib

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbir A.Tağıyeva /

Ötən həftə Fransa paytaxtında qətlə yetirilmiş terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları Səkinə Cansız, Fidan Doğan və Leyla Söyləməzin cəsədi İstanbula gətirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Anadolu agentliyi məlumat verib.

Yaraqlıların cəsədləri Türkiyəyə "Türk Hava Yolları"nın təyyarəsi ilə gətirilib.

Meyitlərin bu gün İstanbuldan Diyarbəkirə aparılacağı gözlənilir.

Kürd yaraqlılar yanvarın 10-da Parisdə odlu silahla öldürülüblər. Öldürülənlərdən Səkinə Cansız Kürd Fəhlə Partiyasının yaradıcılarından biridir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu insidentlə bağlı araşdırma aparılmasına çağırıb, eləcə də Fransa Prezidenti Fransua Ollanddan terrorçu PKK ilə əlaqə saxlamasının səbəblərini izah etməyi tələb edib. Bir müddət əvvəl Olland onun və başqa siyasətçilərin öldürülən PKK nümayəndələrindən birini tanıdıqlarını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti