...

DİN: Dalğa Gənclər Hərəkatının üzvləri sərbəst buraxılıb

Hadisə Materials 5 Fevral 2013 18:31 (UTC +04:00)
Dalğa Gənclər Hərəkatının Bakıda polis tərəfindən saxlanılan üzvləri sərbəst buraxılıb.
DİN: Dalğa Gənclər Hərəkatının üzvləri sərbəst buraxılıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Dalğa Gənclər Hərəkatının Bakıda polis tərəfindən saxlanılan üzvləri sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Dalğa Gənclər Hərəkatının (DGH) üzvləri Saleh Mehdizadə və Kamran Həsənov, eləcə də hərəkatın sabiq üzvü Fərid Eyyubov Bakının mərkəzində Nizami küçəsində, Fəvvarələr Meydanı və "Sahil" metrosunun yaxınlığında vərəqələr paylayarkən polis tərəfindən saxlanılıblar. Saxlanılanlar Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb və orada faktla bağlı araşdırma aparılıb.

Məlum olub ki, "Dalğa"çıların payladıqları vərəqələrdə hərəkatın yaranmasının 8-ci ildönümü ilə əlaqədar gənclərin oxumalı olduğu kitabların adları qeyd olunub.

Polis Bölməsində saxlanılanlarla profilaktik söhbət aparılıb, onlara şifahi xəbərdarlıq edilib və sonda sərbəst buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti